Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Ağdərə rayonunun Sərsəng su anbarı-Umudlu kəndinə gedən avtomobil yolunun yenidən qurulması işləri başa çatdırılıb.
“İki sahil” xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyilndən bildirilib ki, IV texniki dərəcəyə uyğun olaraq tikilən yolun ümumi uzunluğu 9.4 kilometrdir. Hərəkət hissəsinin orta eni 6 metr, hərəkət zolaqlarının sayı 2 ədəddir. Zolağın eni 2x3 metr, çiyinlərin eni 2x2 metr, torpaq yatağının eni 10 metrdir.
Avtomobil yolunun digər göstəriciləri aşağıdakı kimidir:
Yolun konstruksiyası:
- Əsasın alt layı - qum-çınqıl qarışığından, qalınlığı - 24 santimetr;
- Əsasın üst layı - optimal çınqıl qarışığı, qalınlığı - 16 santimetr;
- Asfalt-beton örtük 2 laydan ibarət (7+5 sm) qalınlığı - 12 santimetr.
Yerinə yetirilən işlər:
- Torpaq işləri - 158.6 min kubmetr;
- Karxana çınqılından yolun torpaq yatağının bərpası - 97.3 min kubmetr;
- Yol əsasının tikintisi - 43.1 min kubmetr;
- İki laydan ibarət qalınlığı 12 santimetr olan asfalt-beton örtüyün tikintisi - 17.2 min ton;
- Bütöv və qırıq xətlər sarı və ağ rəngdə çəkilib - 28.2 min metr;
- Əyri xətli brusların quraşdırılması - 1000 poqonmetr;
- Beton küvetlərin tikintisi - 7200 metr.