Tərtər rayonunda müqəddəs Ramazan ayı münasibətilə şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb.
“İki sahil” xəbər verir ki, iftar süfrəsində Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, millət vəkili Anar Məmmədov, Tərtər, Ağdərə və Goranboy rayonundan olan şəhid ailələrinin üzvləri, qazilər, Tərtər rayonun idarə və müəssisə rəhbərləri, dindarlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edənlər Ramazan ayının mənəvi paklıq, mərhəmət və şəfqət ayı olmasını qeyd ediblər. Bildirilib ki, şəhid ailələrinə, qazilərə diqqət və qayğı dövlətimizin siyasətinin vacib istiqamətlərindən biridir. İftar süfrəsində Müqəddəs Qurani Kərimdən ayələr oxunub, dualar edilib. Ramazan ayının mənəvi paklıq, mərhəmət və şəfqət ayı olması qeyd edilib.
Sonda şəhid ailələrinin üzvləri və qazilər onlara göstərilən hərtərəfli diqqət və qayğıdan söhbət açaraq ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.