19 mart 2025 15:59
67

40 yaşında "Real”la yeni müqavilə bağlamaq istəyir

“Real”ın yarımmüdafiəçisi Luka Modriç klubla müqaviləsini uzatmaq istəyir. 

“İki sahil” xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

Mənbənin məlumatına görə, xorvatiyalı futbolçu “Real”da daha bir mövsüm qalmaq və müqaviləsini 2026-cı ilin yayına qədər uzatmaq istəyir. 

Sentyabrın 9-da Modriçin 40 yaşı tamam olacaq.

Təcrübəli yarımmüdafiəçi 2012-ci ildən “Real Madrid”də çıxış edir. O, cari mövsümdə bütün turnirlər daxil olmaqla 44 oyun keçirib, 4 qol vurub və 7 məhsuldar ötürmə edib.