19 mart 2025 20:11
121

Dövlət Komitəsi jurnalistlər arasında müsabiqə elan edir

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Konstitusiya və Suverenlik İli” çərşivəsində Azərbaycanda milli mətbuatın yaranmasının 150 illik yubileyi münasibəti ilə jurnalistlər arasında müsabiqə elan edir.

“İki sahil” xəbər verir ki,  müsabiqənin təşkil edilməsində məqsəd medianın diqqətini ailə, qadın və uşaq mövzularına çəkmək, bu istiqamətdə media vasitəsilə faydalı məlumatların yayılmasına, maarifləndirmənin aparılmasına və media nümayəndələri ilə uğurlu əməkdaşlığa töhfə vermək, kütləvi maariflənməni təmin etmək, uğurlu qadınları və Azərbaycanın ailə dəyərlərini təşviq etməkdir.

Müsabiqə iki nominasiya üzrə elan edilir:

I nominasiya - “Ailə mövzularının işıqlandırılması üzrə ən yaxşı yazı”

II nominasiya - “Uğurlu qadınlar haqqında ən yaxşı süjet”

Hər nominasiya üzrə 3 qalib müəyyən ediləcəkdir. 

Müsabiqənin şərtlər:

Müsabiqəyə 19 mart - 19 iyun 2025-ci il tarixində yayımlanan (televiziya, qəzet, jurnal, informasiya agentlikləri və onlayn mediada) yazı və video materiallar buraxılacaq.

Həcmi 2000-10000 arası işarə, “Arial” 12 ölçüsündə “MS Word” sənədi şəklində olan yazılar (çap materialıdırsa, PDF şəklində), və ya müddəti 1-5 dəqiqə arası olan süjetlər (link qeyd edilməklə) təqdim edilə bilər.

Dil: Azərbaycan və rus dilləri.

Yayımlanan yazı və ya video materialın linkini əlavə edərək, [email protected]  ünvanına göndərmək xahiş olunur.  

Hər müəllif müsabiqəyə 3-dən az olmamaqla material təqdim etməlidir.

Müsabiqədə iştirak etmək istəyən media nümayəndələri 19 iyun tarixinədək dərc və ya nümayiş edilmiş materialları “Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin elan etdiyi müsabiqəyə təqdim olunur” başlığı ilə təqdim etməlidir:

-- Namizədin ad və soyadı,

-- Namizədin işlədiyi media subyektinin adı,

-- Namizədin əlaqə nömrəsi,

Müsabiqəyə qəbul edilən materiallardan 6 ən uğurlu iş Müsabiqə Komitəsi tərəfindən qiymətləndiriləcəkdir.

Müsabiqənin nəticələri Milli Mətbuat Gününün 150 illiyinə həsr edilmiş tədbirdə elan olunacaqdır.

Qiymətləndirmə zamanı  nəzərə alınacaq meyarlar:

- dolğun əhatə edilməsi

- ifadə vasitələrinin zənginliyi

- cəmiyyətə nümunəvi, pozitiv mesajın ötürmə dərəcəsi

- mövzuya fərqli yanaşma

- beynəlxalq və yerli statistik məlumatlar

Qaliblər diplom və hədiyyələrlə (noutbuk) mükafatlandırılacaqdır.

Əlavə məlumat üçün müraciət edə bilərsiniz:

Telefon: (+99412) 498 80 93

Mobil : (+99451) 230 45 76

E-mail:  [email protected]