Şəki şəhərinin Daşüz kəndində ümumi sahəsi 540 m² (hər mərtəbəsi 270 m²) olan ikimərtəbəli evin 1-ci mərtəbəsində 1 otağın tavanı 25 m² sahədə yanıb.
“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.