23 mart 2025 00:52
216

Mən oynamasam və qələbə qazansaq... - Ronaldo

Portuqaliya millisinin və "Əl-Nəsr"in futbolçusu Kriştiano Ronaldo yığmasındakı rolundan danışıb. 

“İki sahil” xarici mətbuata istinadla xəbər verir ki, o, bununla bağlı deyib: 

"Mən qol vurmağı düşünmürəm. Sadəcə Portuqaliyanın qələbə qazanmasını istəyirəm. Mən oynamasam və qələbə qazansaq, buna razı olacağam. Ölənə qədər yalnız ölkəmin formasını qorumaq istəyirəm. Həmişə etdiyim kimi. Sabah qələbə qazansaq və qolu komanda yoldaşım vursa, xoşbəxt olaram". 

Qeyd edək ki, Kriştiano Ronaldo karyerası ərzində Portuqaliya yığmasının heyətində 218 oyuna çıxaraq 135 qol vurub və 46 qolun ötürməsini edib.