24 mart 2025 23:59
179

Mövsümün ən yaxşı baş məşqçisi...

"İnter"in çalışdırıcısı Simone İnzaqi 2023/24 mövsümündə A seriyasının ən yaxşı baş məşqçisi seçilib.

“İki sahil” xəbər verir ki,  o, "Panchina d’oro" ("Qızıl skamya") mükafatına layiq görülüb. 

İnzaqi 26 səs toplayaraq birinci olub. "Atalanta" klubunun baş məşqçisi Can Pyero Qasperini 14 səslə ikinci, "Bolonya"nın çalışdırıcısı Vinçentso İtalyano isə 4 səslə üçüncü olub.

Qeyd edək ki, "İnter" 2023/24 mövsümündə İtaliya A seriyasının qalibi olub.