Bu gün UEFA Millətlər Liqasında 1/4 finalın cavab oyunları keçiriləcək.
“İki sahil” xəbər verir ki, bu mərhələdə yarışın A Liqasının 4 qrup qalibi və 4 qrup ikinciləri növbəti dəfə üz-üzə gələcəklər.
1/4 finalın Fransa - Xorvatiya matçı Azərbaycan millisinin azarkeşləri üçün də maraqlıdır. Çünki bu komandalar hazırda Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsində potensial rəqibidir. Bu cütün qalibi Ukrayna, İslandiya və Azərbaycan millisinin yarışacağı DÇ-2026-nın D qrupunun sonuncu - 4-cü komandası olacaq.
Xorvatiya millisi öz meydanında keçirilən görüşdə rəqibini 2:0 hesabı ilə məğlub edə bilib ki, bu da cavab matçından əvvəl onlarda müəyyən üstünlük yaradıb.
UEFA Millətlər Liqası,
1/4 final mərhələsi, cavab oyunu
23 mart
3:45 Fransa – Xorvatiya
İlk oyun (0:2
23:45 Almaniya – İtaliya
İlk oyun 2:1
23:45 Portuqaliya – Danimarka
İlk oyun 0:1
23:45 İspaniya – Niderland
İlk oyun 2:2