23 mart 2025 12:21
188

Azərbaycanın U-17 millisi Belarusa qarşı

Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün ilk yoxlama görüşünü keçirəcək.

“İki sahil” xəbər verir ki, U-17 Belarusun müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.

Qeyd edək ki, komandalar martın 26-da ikinci yoxlama matçında üz-üzə gələcəklər.