"Çelsi"nin yay transfer pəncərəsi üçün hədəflərindən biri müəyyənləşib.
“İki sahil” xəbər verir ki, bu barədə "El Nacional" məlumat yayıb.
London təmsilçisi "Vest Hem"in yarımmüdafiəçisi Edson Alvaresi transfer etməyi planlaşdırır.
Klub 27 yaşlı futbolçu üçün yaxın vaxtlarda “Vest Hem”lə danışıqlara başlayacaq. "Çelsi" 2025-ci ildə keçiriləcək Klublararası Dünya Çempionatı üçün heyətini bir oyunçu ilə gücləndirməyə ümid edir.
Alvarez 2023-cü ildən "Vest Hem"də oynayır. Onun klubla müqaviləsi 2028-ci ilin yayına qədərdir.