25 mart 2025 23:40
239

Azərbaycan millisi yoldaşlıq görüşündə Belarusa məğlub olub YENİLƏNİB

Azərbaycan - Belarus matçında ilk hissə başa çatıb.

“İki sahil” xəbər verir ki, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıb.

 Masazırdakı "Bank Respublika Arena"da keçirilən matçı gürcüstanlı hakim Aleko Aptsiauri idarə edir.

***

Azərbaycan - Belarus matçında hesab açılıb.

“İki sahil” xəbər verir ki, Pavel Zabelin 59-cu dəqiqədə Belarus millisini önə çıxarıb - 1:0.

 Masazırdakı "Bank Respublika Arena"da keçirilən matçı gürcüstanlı hakim Aleko Aptsiauri idarə edir.

***

Azərbaycan - Belarus matçında ikinci qol vurulub.

Nikita Demçenko 78-ci dəqiqədə Belarus millisinin ikinci qolunu vurub - 2:0.

***

Azərbaycan millisi yoldaşlıq görüşündə Belarusa məğlub olub.

“İki sahil” xəbər verir ki, Masazırdakı "Bank Respublika Arena"da keçirilən matç rəqib komandanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları Pavel Zabelin (59) və Nikita Demçenko (78) Azərbaycan yığmasının qapısından keçirib.

Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv martın 22-də Haitiyə də məğlub olmuşdu - 0:3.