28 mart 2025 11:55
189

İngiltərə təmsilçisi "Mançester Yunayted"dən 83,7 milyon avro tələb edəcək.

Portuqaliyanın "Sportinq" klubu futbolçusu Fransisku Trinkan üçün İngiltərə təmsilçisi "Mançester Yunayted"dən 83,7 milyon avro tələb edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb. Portuqaliyalılar həmin pulun yarısının "Barselona" klubuna veriləcəyi üçün məbləği artırıb. "Qırmızı şeytanlar"ın baş məşqçisi Ruben Amorim 25 yaşlı oyunçunu komandasında görmək istəyir. Daha əvvəl "Sportinq"in futbolçuya görə 60 milyon avro tələb etdiyi yazılıb.

Qeyd edək ki, Fransisku Trinkan 2022-ci ilin yayında "Barselona"dan icarə əsasında transfer olunub. Bir il sonra Lissabon klubu futbolçunun hüquqlarını 7 milyon avroya alıb. O, cari mövsüm bütün yarışlarda 43 matçda iştirak edib, 9 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.