30 mart 2025 20:26
225

“Sağlamlığa Doğru Qaç!” – Ağcabədi mərhələsi uğurla yekunlaşdı!

TƏBİB, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK), Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi və AHİTA-nın birgə təşkilatçılığı ilə tibb işçiləri arasında “Sağlamlığa Doğru Qaç!” qaçış yarışının Ağcabədi mərhələsi uğurla baş tutdu!

“İki sahil”in məlumatına görə, yarışda Ağcabədi rayon Səhiyyə İşçiləri Həmkarlar İttifaqı (SİHİ) şura üzvləri ilə yanaşı Cəbrayıl, Laçın, Ağdam, Füzuli, Bərdə, Tərtər və Beyləqan rayonlarının həmkarlar ittifaqı üzvləri də iştirak etdilər. Ümumilikdə, yarışa 130-a yaxın iştirakçı qatıldı!

Qaliblər Xankəndidə keçiriləcək FİNAL yarışına vəsiqə qazandılar! Eyni zamanda, bütün iştirakçılara medallar təqdim olundu.

Növbəti mərhələ yarışları Mingəçevir, Lənkəran, Gəncə, Qusar, Şamaxı, Naxçıvan və Bakı şəhərlərində keçiriləcək.