"Neftçi" Misli Premyer Liqasının 28-ci turunda “Araz-Naxçıvan”la matçın hazırlığı yekunlaşdırıb.
“İki sahil” xəbər verir ki, bu barədə "ağ-qaralar"ın mətbuat xidməti məlumat yayıb.
Bakılılar bu gün “Neftçi” Futbol Mərkəzində oyunöncəsi son məşqlərinə çıxıblar. "Neftçi"nin futbolçuları Emin Mahmudov və Andrey Ştoqrin zədə səbəbindən naxçıvanlılarla görüşü buraxacaqlar.
Qeyd edək ki, martın 29-da “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Araz-Naxçıvan” oyunu saat 16:45-də başlanacaq.