Serbiyalı tennisçi Novak Cokoviç Mayamidə keçirilən turnirin finalında 19 yaşlı çexiyalı Yakub Menşikə uduzub.
“İki sahil” xəbər verir ki, iki saat beş dəqiqə davam edən qarşılaşma 37 yaşlı serbiyalının 0:2 (6:7, 6:7) hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Qeyd edək ki, bu, Menşikin Peşəkar Tennis Assosiasiyası (ATP) turnirlərində ilk çempionluğudur.