01 aprel 2025 21:23
174

Trampın ilk səfəri bura olacaq

ABŞ Prezidenti Donald Tramp may ayında Səudiyyə Ərəbistanına səfər edəcək.

“İki sahil” xəbər verir ki, bu haqda Ağ Evin mətbuat katibi Karolayn Leavitt bildirib.

O, səfərin konkret təfərrüatları və tarixinin daha sonra açıqlanacağını vurğulayıb.

Qeyd edək ki, Tramp Ağ Evdə jurnalistlərlə söhbəti zamanı ilk xarici səfərinin Səudiyyə Ərəbistanına edəcəyini təsdiqləyib. Tramp Yaxın Şərqin digər ölkələrinə, o cümlədən Qətər və Birləşmiş Ərəb Əmirliklərinə səfər etməyi planlaşdırdığını qeyd edib.