04 aprel 2025 13:07
179

Norveç ordusu Arktikada Rusiya hərbçiləri ilə təmasdadır - "Financial Times"

Norveç Silahlı Qüvvələri Arktikada Rusiya hərbçiləri ilə əlaqə saxlamağa davam edir.

“İki sahil” xəbər verir ki,  bu barədə "Financial Times" məlumat yayıb.

Norveç Birləşmiş Qərargahının rəhbəri vitse-admiral Rune Andersen bunları deyib: "Biz ünsiyyət qurmağın vacib olduğuna inanırıq".

Nəşr qeyd edir ki, tərəflər həftəlik qarşılıqlı əlaqəni davam etdirir - kommunikasiyalar daim yoxlanılır və işgüzar əlaqələr saxlanılır.