Avropa İttifaqı Amerika tariflərinin tətbiqindən sonra Asiyadan ucuz malların Avropaya axın edəcəyi qorxusu fonunda fövqəladə tədbirlər tətbiq etməyə hazırlaşır.
“İki sahil” xəbər verir ki, bu barədə "Financial Times" yüksək səviyyəli diplomata istinadla yazıb.
"Biz daha çox sənayemiz üçün qoruyucu tədbirlər görməliyik"- deyə, mənbə bildirib.