07 aprel 2025 20:02
110

İdxalı ƏDV-dən azad edilən xammal və materialların siyahısı genişləndirilib

İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı genişləndirilib.

“İki sahil” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiqi barədə fərmana dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Dəyişikliklə elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerjisi doldurucularının yaddaşlı proqramlaşdırılan kontrolleri və elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerjisi doldurucularının yaddaşlı proqramlaşdırılmayan kontrolleri siyahıya əlavə olunub.

Yeni əlavə olunan xammal və materillar 2027-ci il yanvarın 1-dək qüvvədədir.