12 aprel 2025 22:55
113

Stiven Vitkoff: İranla danışıqları müsbət və konstruktiv keçib

İran və ABŞ nümayəndə heyətləri arasında Maskatda (Oman) dolayısı ilə keçirilən danışıqların pozitiv və konstruktiv şəkildə keçib.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Vitkoff deyib.

"Çox müsbət və konstruktiv söhbətimiz oldu", - deyə o bildirib.

Xüsusi nümayəndənin sözlərinə görə, o, aprelin 12-də ABŞ-yə qayıdacaq.