13 aprel 2025 09:55
123

Yeni rüsumlar ABŞ-yə gündəlik bu qədər qazandırır

ABŞ Prezidenti Donald Tramp bildirib ki, yeni idxal rüsumları ölkəyə gündəlik 2-3 milyard dollar arası gəlir gətirir.

“İki sahil” xəbər verir ki, o, bu barədə şənbə günü Ağ Evin mətbuat nümayəndələri ilə təyyarəsində söhbət zamanı danışıb.

"Rüsumlarla bağlı vəziyyət çox yaxşıdır. İnflyasiya azalır. Amerikalıların da, dövlətin də cibində daha çox pul var. Son həftələrdə biz gündəlik 2-3 milyard dollar gəlir əldə edirik", - Tramp qeyd edib.