12 aprel 2025 23:59
111

Tramp ABŞ-da 2021-ci ildə tətbiq edilən fövqəladə vəziyyəti bir il uzadıb

ABŞ prezidenti Donald Tramp Rusiyanın fəaliyyəti ilə əlaqədar 2021-ci ilin aprelində elan edilmiş fövqəladə vəziyyətin daha bir il uzadılmasına qərar verib.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Federal Reyestrində şənbə günü dərc edilən sənəddə qeyd olunub.

"14024 saylı fərman ilə elan edilmiş milli fövqəladə vəziyyəti bir il müddətinə uzadıram", - deyə sənəddə bildirilib.

ABŞ Maliyyə Nazirliyinin saytında bildirilib ki, 14024 saylı fərman “Rusiya Federasiyasının bəzi zərərli xarici fəaliyyətlərinə şərait yaradan fiziki və hüquqi şəxslərə qarşı sanksiyaların tətbiq oluna biləcəyi fövqəladə vəziyyət müəyyən edir”. Qeyd edilib ki, bu rejim Ukraynadakı münaqişə ilə bağlı deyil.