13 aprel 2025 00:40
116

Rusiya Paşinyanın partiyasının keçmiş üzvünü Ermənistana ekstradisiya edir

Rusiya Ermənistanın hakim “Mülki Müqavilə” Partiyasının keçmiş üzvü Tatul Asilyanı İrəvana ekstradisiya edir.

“İki sahil” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, Rusiya Baş Prokurorluğu bununla bağlı rəsmi İrəvanın vəsatətini təmin edib.

O, 2024-cü ilin mayında axtarışa verilib. Həmin ilin sentyabrında Rusiyada aşkarlanıb.

Asilyan korrupsiya və rüşvətxorluqda ittiham olunub.

O, 2023-cü ilin noyabrında partiya sıralarından uzaqlaşdırılıb.