13 aprel 2025 13:16
124

Rusiyanın itkiləri açıqlandı - 1145-ci gün

Ukrayna müharibənin 1145-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 932 670 hərbçi, 10 603 ədəd tank, 22 088 ədəd zirehli döyüş maşını, 26 163 ədəd artilleriya sistemi, 1 362 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 128 hava hücumundan müdafiə sistemi, 370 ədəd hərbi təyyarə, 335 ədəd helikopter, 43 950 ədəd avtomobil texnikası, 32 425 ədəd PUA, 3 145 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 799 xüsusi avadanlıq itirib.