Avropa bu ata və oğuldan danışır. Belə ki, onlar üç il ərzində yüzdən çox restoranda yeməklərini ödəniş etmədən yeyiblər. Onlar bahalı yeməklər sifariş edib, ödəniş zamanı isə müxtəlif bəhanələrlə restoranlardan qaçıb.
“İki sahil” xəbər verir ki, dələduzlar əsasən kiçik və ailəvi restoranları seçərək, bu yerlərin hüquq-mühafizə orqanlarına müraciət etməyəcəyinə ümid ediblər. Ata ödəniş zamanı kredit kartının işləmədiyini bildirərək aldatmaq üçün yalan danışır, oğul isə bankomata gedib geri qayıtdıqda pulun tapılmadığını deyirdi. Ata əlavə olaraq şəxsiyyət vəsiqəsini girov qoyub, sabah pul gətirəcəyini söyləyərək restoranı tərk edirdi, amma heç vaxt geri qayıtmırdı.
Bu dələduzluq sxeminin bir restoran sahibi tərəfindən sosial şəbəkələrdə paylaşılması, digər sahibkarların da eyni şəxslərlə qarşılaşdıqlarını üzə çıxarıb. Nəticədə polis 2025-ci ilin aprelində ata və oğulu tutaraq saxlayıb. Ata yüzdən çox eyni cür dələduzluq hadisəsini etiraf edib, oğlu isə uzun müddət bu üsulla dolandıqlarını bildirib.