Çin Dövlət Gəmiqayırma Korporasiyası dünyanın ən böyük dəniz konteyner gəmisini istismara verib.
“İki sahil” xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat verib.
Gəmi eyni vaxtda 24 min standart konteyneri, çəkisi 220 min tona qədər olan yükləri daşıya bilir. Konteyner gəmisi Şərqi Asiyadan Avropaya yük daşıyacaq.
Qeyd olunur ki, hündürlüyünə görə bu konteyner gəmisi 25 mərtəbəli binaya bərabər ola bilər. Onun mühərrikləri mayeləşdirilmiş təbii qazla işləyir və yanacaq doldurduqdan sonra gəmi 20 min dəniz mili (37 min km-dən çox) məsafə qət edə bilir.