Çin polisi Harbin-2025 Asiya qış oyunlarına haker hücumu şübhəsi ilə ABŞ Milli Təhlükəsizlik Agentliyi ilə əlaqəsi olan 3 nəfəri axtarışa verib.
“İki sahil” Çin polisinin məlumatına istinadla xəbər verir ki, ilkin təhqiqatın gedişində ABŞ vətəndaşlarının Çinin vacib informasiya sistemlərinə mütəmadi kiber hücumlar təşkil etdiyi aşkarlanıb. Ketrin Uilson, Robert Snellinq və Stiven Conson ABŞ Milli Təhlükəsizlik Agentliyi ilə əlaqəli bölmə olan Xüsusi Giriş İdarəsinin (TAO) planlaşdırdığı kütləvi kiberhücumlarda iştirak ediblər. Onlar Asiya qış oyunları ilə bağlı məlumatları, o cümlədən iştirakçıların qeydiyyatı, gəlmə-getmə vaxtları haqqında informasiyaları əldə etməyə çalışıblar.
Bundan başqa, 2022-ci ildə Çin Aviasiya Universitetinə təşkil olunmuş kiberhücumun arxasında TAO-nun dayandığı məlum olub.