05 dekabr 2024 12:10
330

NİİM Bakıda sıxlığa səbəb olan yol qəzası ilə bağlı görüntü yayıb - VİDEO

Paytaxtda avomobil sıxlığına səbəb olun növbəti yol-nəqliyyat hadisəsi ötən gün səhər saatlarında Nəsimi rayonu, Neftçilər prospektində baş verib.

“İki sahil” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında deyilir.

Qəza səbəbindən 8 Noyabr prospekti və Yusif Səfərov küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaranıb. Yol polisi əməkdaşları tərəfindən qısa müddət ərzində avtomobillərin sərbəst hərəkəti bərpa olunub.