26 fevral 2025 10:01
228

Ferqus Auld Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib.

“İki sahil” xəbər verir ki, bu barədə səfir sosial şəbəkə paylaşım edib.

"Xocalı faciəsindən 33 il keçir. Mən bütün azərbaycanlılarla birlikdə bu soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edirəm. Allah rəhmət eləsin!", - diplomat yazıb.