27 fevral 2025 10:38
471

Rusiyalı alim: Qarabağ çiçəklənən diyara çevriləcək

Heydər Əliyev Qarabağ məsələsinin diplomatik yollarla həll olunması üçün hər cür imkandan istifadə edib. Xarici nümayəndə heyətləri ilə hər görüş, beynəlxalq foruma hər səfər mütləq Qarabağ məsələsinin müzakirəsini ehtiva edirdi.

Bunu rusiyalı tarixçi alim, professor Stanislav Çernyavski Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunan tədbirdə bildirib.

S.Çernyavski qeyd edib ki, Xocalı faciəsi dinc əhaliyə qarşı törədilmiş ən amansız cinayətlərdən biridir.

Professor bildirib ki, Azərbaycan xalqı uzun illərdir ədalət gözləyirdi, işğal altındakı torpaqların nə vaxt azad ediləcəyi ilə maraqlanırdı: “Azərbaycan rəhbərliyinin səyləri nəticəsində Qarabağ ölkənin nəzarəti altına keçdi”.

Həmçinin, professorun fikrincə, Qarabağ indi Ermənistanın işğalı zamanında olduğu kimi “yoxsul region” deyil, çiçəklənən diyara çevriləcək.

“Report”