Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi Xocalı soyqırımının 33-cü ildönümündə faciə qurbanlarının xatirəsini yad edib.
“İki sahil” xəbər verir ki, bu barədə nümayəndəliyin sosial şəbəkə hesabında paylaşım edilib.
Səfir Peter Mixalko vurğulayıb ki, bu cür faciənin bir daha təkrarlanmaması üçün davamlı sülh naminə çalışmaq lazımdır:
"Xocalıda baş verən dəhşətli hadisələrdə həlak olan günahsız insanların - qadınların, kişilərin, uşaqların və qocaların xatirəsini ehtiramla yad edərək kədərlənirik. Bu faciədə öz yaxınlarını, dostlarını və evlərini itirənlərə dərin hüznlə başsağlığı verirəm. Bu cür faciənin bir daha təkrarlanmaması üçün barışıq və davamlı sülh naminə çalışmaq bizim kollektiv borcumuzdur".