Xocalı soyqırımının 33-cü ildönümündə qətlə yetirilən azərbaycanlı qardaşlarımızı rəhmətlə yad edirəm.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X" hesabında bildirib.
"Acısını heç vaxt unutmayacağımız, kədərini hər zaman içimizdə daşıyacağımız Xocalı soyqırımının 33-cü ildönümündə qətlə yetirilən azərbaycanlı qardaşlarımızı rəhmətlə yad edirəm. Yaxşı və pis gündə bir yerdə olduğumuz qardaş Azərbaycan xalqına başsağlığı verirəm",-paylaşımda qeyd olunub.