26 fevral 2025 16:14
275

AHİK kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib

Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və üzv təşkilatların kollektivləri faciə qurbanlarının xatirəsinə Bakının Xətai rayonunda ucaldılmış “Ana harayı” abidəsini ziyarət ediblər.

“İki sahil” xəbər verir ki, kollektiv tərəfindən abidə önünə güllər düzülüb, faciə qurbanlarının xatirəsi dərin ehtiramla yad olunub.