İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2024-cü il ərzində daşınmaz əmlak üzərində 378 495 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib.
Bu barədə İki sahil" dövlət xidmətinə istinadən xəbər verir.
Məlumata görə, bu göstəricinin 64 454-ü (17%) ilkin, 314 041-i isə (83%) isə təkrar qeydiyyatın payına düşür.
Mülkiyyət hüquqlarının əmlaklar üzrə statistikası
2024-cü ildə fərdi yaşayış və bağ evi üzərində - 63 006, mənzil üzərində - 85 938, torpaq sahəsi – 216 583, qeyri-yaşayış binası – 3 397, qeyri-yaşayış sahəsi – 8 684, əmlak kompleksi - 826, çoxmərtəbəli yaşayış binası üzərində isə 61 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 96 268-i (25,4%) Bakının, qalan hissəsi isə bölgələrin payına düşür.
2024-cü il ərzində 286 092 texniki pasport tərtib edilib, 73 809 ipoteka müqaviləsi qeydiyyata alınıb.