02 mart 2025 00:53
299

Kanadanın baş naziri Londonda Ukrayna toplantısına qatılacaq

Kanadanın baş naziri Castin Trüdo Avropa liderlərinin martın 2-də Londonda keçiriləcək Ukrayna görüşündə iştirak edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə Kanada hökumətinin başçısının cədvəlində əks olunub.

Bildirilib ki, C.Trüdo martın 2-də Ukrayna ilə bağlı keçiriləcək sammitdə iştirak etmək üçün martın 1-də Londona uçacaq.

Qeyd edək ki, fevralın 25-də Böyük Britaniyanın baş naziri Kir Starmer Ukraynadakı münaqişəni müzakirə etmək üçün bu həftə sonu Avropa liderlərinin görüşünü keçirməyi planlaşdırdığını təsdiqləyib.