19 mart 2025 08:04
85

Donald Tramp: USAID-də genişmiqyaslı fırıldaqçılıq sxemləri mövcuddur

ABŞ prezidenti Donald Tramp Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyətində böyük miqyaslı fırıldaqçılıq sxemlərinin mövcud olduğunu iddia edib.

“İki sahil” xəbər verir ki, "Fox News" telekanalına müsahibəsində Tramp USAID-in fəaliyyətini sərt tənqid edərək agentliyi "tam bir fırıldaqçılıq" adlandırıb. Lakin o, ittihamları ilə bağlı detalları açıqlamayıb.

ABŞ lideri həmçinin Demokrat Partiyasının bu məsələyə maraq göstərmədiyini və onun administrasiyasının USAID-in işini dayandırmaq cəhdlərinə qarşı çıxdığını vurğulayıb.

"Demokratlar daim Konstitusiyanın pozulmasından danışırlar. Lakin onların heç vaxt axtarmaq istəmədiyi yeganə şey milyardlarla dolların hara yoxa çıxmasıdır", – Tramp qeyd edib.