02 mart 2025 10:45
313

Mask ABŞ-nin BMT və NATO-dan çıxması ideyasını dəstəkləyib

ABŞ-də Hökumətin Səmərəliliyi Departamentinə (DOGE) rəhbərlik edən İlon MAsk ABŞ-nin BMT və NATO-dan çıxması ideyasını dəstəkləyib.

“İki sahil” xəbər verir ki, Mask bu barədə “X” hesabında məlumat verib.

Bundan əvvəl ABŞ-nin respublikaçı senatoru Mayk Li ölkənin BMT-dən çıxarılması və ona maliyyə yardımının dayandırılması təşəbbüsünün Senatda irəli sürüldüyünü açıqlamışdı.