05 mart 2025 18:17
258

Türkiyə Prezidenti Azərbaycan xalqını Ramazan ayı münasibətilə təbrik edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan xalqını Ramazan ayı münasibətilə təbrik edib.

“İki sahil” xəbər verir ki, bunu Rəcəb Tayyib Ərdoğan İğdır-Naxçıvan qaz kəmərinin açılış mərasimində deyib.

"Azərbaycan xalqını Ramazan ayı ilə bağlı təbrik edirəm. Allah tutduqları orucları qəbul etsin".