08 mart 2025 14:07
289

Daşkəsəndə qanunsuz ov ilə məşğul olan şəxslər saxlanılıblar

Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər nəticəsində rayon ərazisində ov edən A. Musayev, B. Kamalov və E. Abbasov saxlanılıblar.

“İki sahil” xəbər verir ki, həmin şəxslərdən qanunsuz ovladıqları 3 ədəd çöl donuzu və 1 ədəd ov tüfəngi aşkarlanıb.

Faktlar üzrə araşdırmalar aparılır.