08 mart 2025 14:48
243

Çin Kanada mallarına 100 faizlik rüsum tətbiq edəcək

Çin Kanadadan idxal olunan bəzi mallara əlavə gömrük rüsumları tətbiq edəcək.

“İki sahil” xəbər verir ki, Kommersiya Nazirliyi martın 20-dən başlayaraq Kanadadan idxal olunan kanola yağına, jmıxa və noxuda əlavə 100 faiz, dəniz məhsullarına və donuz ətinə isə əlavə 25 faiz rüsum tətbiq ediləcəyini açıqlayıb.

Bu qərar Çinin ayrı-seçkiliyə qarşı apardığı bir araşdırmadan sonra qəbul edilib. Rəsmi Pekin iddia edir ki, Kanadanın bəzi Çin mallarına qarşı məhdudlaşdırıcı tədbirləri normal ticarət qaydalarını pozur və Çin müəssisələrinin hüquq və maraqlarına zərər verir.

Qeyd edək ki, Kanadanın Çin elektromobillərinə 100 faiz, aliminium və polad məhsullarına 25 faiz idxal rüsumu tətbiq etməsini Pekində Çin şirkətlərinin maraqlarnın tapdanması və ticarət qaydalarının pozulması kimi qəbul edirlər.