İndoneziyada Levotobi vulkanı püskürüb.
“İki sahil” xəbər verir ki, bu barədə "Antara" agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, vulkan 2 km hündürlüyə qədər kül püskürüb. Hökumət püskürmənin təhlükə səviyyəsini ən yüksək dördüncü səviyyəyə qaldırıb.
Püskürmə Şərqi İndoneziyada yerləşən Flores adasındakı dağda bir neçə həftə davam edən vulkanik fəaliyyətin artmasından sonra baş verib. Bu, yerli hökuməti yaxınlıqdakı kəndlərin təxliyəsi barədə əmr verməyə məcbur edib.