11 mart 2025 13:03
198

Azərbaycan minimum və orta aylıq pensiya məbləğlərinə görə MDB ölkələri, Gürcüstan və Ukrayna üzrə sıralamada 1-ci yerdədir

Ölkəmiz minimum pensiyanın Alıcılıq Qabiliyyəti Pariteti əsasında hesablanmış dollar ifadəsində də bu sıralamada birinci yerdə qərarlaşıb.

Ölkəmizdə pensiyalarda artım dinamikasının nəticəsi olaraq, minimum və orta aylıq pensiyanın dollar ifadəsində məbləğlərinin MDB ölkələri, Gürcüstan və Ukrayna üzrə müqayisəli sıralamasında Azərbaycan birinci  yerdədir.

Həmçinin Azərbaycan minimum pensiyanın Alıcılıq Qabiliyyəti Pariteti (PPP) əsasında hesablanmış dollar ifadəsində bu sıralamada birinci yeri tutmaqda davam edir.

Orta aylıq pensiyanın Alıcılıq Qabiliyyəti Pariteti (PPP) əsasında hesablanmış beynəlxalq dollar ifadəsində isə ölkəmiz qeyd olunan sıralamada ikinci yerdədir.

Minimum əməkhaqqının beynəlxalq dollar ifadəsində məbləğinə görə sıralamada ikinci yerdə olan ölkəmiz minimum əməkhaqqının Alıcılıq Qabiliyyəti Pariteti (PPP) əsasında hesablanmış beynəlxalq dollar ifadəsində də  4-cü yerdən 2-ci yerə yüksəlib.

Qeyd edək ki, ölkəmizdə reallaşdırılan yeni sosial islahat paketi çərçivəsində minimum əməkhaqqı bu ilin əvvəlindən 345 manatdan 400 manata, minimum pensiya fevralın 1-dən 280 manatdan 320 manata çatdırılıb. Həmçinin ilin əvvəlindən pensiyaların indeksləşdirilərək artırılması təmin edilib.