13 mart 2025 14:04
86

"Le Figaro": Ukrayna hərbçiləri Kursk vilayətində fəlakətli vəziyyətə düşüblər

Ukraynalı hərbçi bildirib ki, ölkə Silahlı Qüvvələri üçün Kursk vilayətində logistik marşrutların kəsilməsi və davamlı atəşə məruz qalması səbəbindən vəziyyət fəlakətlidir.

“İki sahil” xəbər verir ki,  bu barədə Fransanın “Le Figaro” qəzeti yazır.

Ukrayna Silahlı Qüvvələrinin hərbçisinin sözlərinə görə, Kursk vilayətində Ukrayna qoşunları son dərəcə çətin vəziyyətə düşüblər:  “Vəziyyət fəlakətli xarakter alıb. Bütün logistik marşrutlar kəsilib, biz daim bizi atəşə tutan rus pilotsuz təyyarələrinin və artilleriyasının mərhəmətindəyik”.

Hərbçi onu da qeyd edib ki, Rusiya qoşunları fiber-optik rabitəyə malik pilotsuz təyyarələrdən fəal şəkildə istifadə edir ki, bu da elektron müharibə sistemləri tərəfindən tıxanmağa imkan vermir.