14 mart 2025 17:25
78

Avropa Azərbaycan qazına ehtiyac duyur

Azərbaycan qaz ehtiyatları baxımından ən əhəmiyyətli ölkələrdən biridir. Azərabycanda  zəngin qaz ehtiyatlarının olmağı əsrin əvvələrindən Azərbaycan qaz sənayesinin inkişafına və vahid qaz şəbəkəsinin formalaşmasına yol açmışdır. Bununla yanaşı Azərbaycanda gedən siyasi, iqtisadi inkişaf qaz sənayesinin irəriləməsinə şərait yaratmışdır və Azərbaycan müəyyən dövrlərdə Sovetlər İttifaqının vahid qaz sistemindən əlavə yanacaq alaraq bu enerji daşıyıcısına olan ehtiyacını ödəmişdir. İttifaqın dağılması ilə əlaqədar olaraq Azərbaycan mavi yanacağa olan təlabatını daxili mənbələr hesabına təmin etmək zorunda qalmışdır. 1990-cı illərdə respublikada istehsal olunan (1998-ci ildə 5589,5 min m³) qaz isitifadəsilə əlaqədər olaraq nisbətdə ehtiyacları ödəmirdi. Nəticə olaraq yeni qaz yataqlarında işlərin təşkil olunması zəruri bir hal almışdı. Yeni neft-qaz yataqlarından istifadənin genişləndirilməsi, mövcud ehtiyatlardan səmərəli bölüşdürülməsi qısa vaxt ərzində  bu problemin həllini reallaşdırdı, Azərbaycan qaz ixrac edən bir ölkəyə çevrildi.

Azərbaycan qazının Avropanın cənubuna nəql olunduğu Cənub Qaz Dəhlizinin (CQD) Avropa hissəsi olan Trans–Adriatik Qaz Boru Kəmərinin (TAP) ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetr təşkil edir. Hazırda TAP AG konsorsiumu kəmərin ötürücülüyünün artırılması üçün 3 ssenarini (məhdud – 14,4 milyard kubmetrə qədər, qismən – 17,1 milyard kubmetrə qədər və tam – ildə 20 milyard kubmetrə qədər) nəzərdən keçirirAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Şimalı Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovaya ölkəmizin təbii qaz potensialı, xüsusilə də Avropaya əlavə ixrac imkanları barədə məlumat verilib. Tədarükün artırılması və infrastrukturun inkişafı üçün zəruri şərtlər diqqətə çatdırılıb.

Hal hazırda ölkəmiz çox yerlərə qaz ixrac edir və qaza olan tələbat Avropada daimi olaraq artır. Azərbaycan uzun müddətdir ki, Türkiyə, Gürcüstan, Yunanıstan, Bolqarıstan, İtaliya və bir sıra ölkələrə qaz ixrac edir.

Və sonda qeyd etmək istəyərdim ki, ölkəmizin qonşu və digər bir sıra Avropa ölkələri ilə olan yaxın dostluq və əməkdaşlıq münasibətləri nəticəsində sağlam iqtisadi əlaqələr qurulur və belə hallar ölkəmizin gündən-günə çiçəkləməsinə, inkişaf etməsinə şərait yaradır. 

Ofelya Məmmədova,
264 N-li məktəb-liseyin müəllimi