15 mart 2025 17:40
94

Meloni: İtaliya Ukraynada hərbi missiyada iştirak etməyəcək

İtaliya Ukraynada mümkün hərbi missiyada iştirak etməyi planlaşdırmır.

“İki sahil” xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmerin çağırdığı və 25-ə yaxın Qərb ölkəsinin liderlərinin Ukraynadakı vəziyyətə həsr olunmuş videokonferansında iştirak edən İtaliya hökumətinin sədri Corcia Meloninin mətbuat xidməti məlumat yayıb.

"Baş nazir İtaliyanın avropalı tərəfdaşlar və ABŞ ilə birlikdə Ukrayna üçün möhkəm və effektiv təhlükəsizlik zəmanətlərinin müəyyən edilməsi üzrə işləri davam etdirmək niyyətində olduğunu təsdiqləyib. O, həmçinin ölkəsinin mümkün hərbi missiyada iştirakının nəzərdə tutulmadığını diqqətə çatdırıb", - bəyanatda bildirilib.