15 mart 2025 18:42
92

Zelenski sülh danışıqlarında iştirak edəcək nümayəndə heyətinin tərkibini müəyyən edib

Ukrayna prezidenti Volodimir Zelenski sülh danışıqlarında iştirak edəcək nümayəndə heyətinin tərkibini müəyyən edib.

“İki sahil” xəbər verir ki, bu barədə Zelenskinin sərəncamında deyilir.

Qeyd olunub ki, Prezident Aparatının rəhbəri Andrey Yermakın başçılıq etdiyi nümayəndə heyətinə Andrey Sıbiqa ( xarici işlər naziri), Rustem Umerov (müdafiə naziri) və Pavel Palisa (Prezident Aparatı rəhbərinin müavini) daxildir.

Xatıraladaq ki, martın 11-də ABŞ nümayəndə heyəti ilə Səudiyyə Ərəbistanında aparılan danışıqlarda Ukrayna nümayəndə heyətinin tərkibi belə olub.