16 mart 2025 15:33
102

Karateçilərimiz Çində keçirilən nüfuzlu turnirdə iki medal qazandı

Azərbaycan karateçiləri Çinin Hanjou şəhərində təşkil olunan "Karate1 Premyer Liqa" turnirində uğurla çıxış edərək iki bürünc medal qazanıblar.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Karate Federasiyasının mətbuat xidməti məlumat yayıb.

67 kq çəki dərəcəsində mübarizə aparan Nuran Rzazadə və 75 kq çəki dərəcəsində çıxış edən Fərid Ağayev turniri üçüncü pillədə başa vuraraq bürünc medala sahib olublar.

Qeyd edək ki, Azərbaycan milli komandası yarışa baş məşqçi Şahin Atamovun rəhbərliyi altında qatılıb.