16 mart 2025 18:06
95

Mbappe təqvimdən gileyləndi

"Real"ın futbolçusu Kilian Mbappe oyun təqvimindən gileylənib. 

“İki sahil” xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. Fransalı futbolçu dünən La Liqanınn 28-ci turunda keçirilən "Villyareal"la matç haqda (2:1) danışıb: 

"Bu, çox çətindir. Hər kəs "Atletiko" ilə matçı gördü. 120 dəqiqə meydanda olduq və çoxlu hisslər yaşadıq. Bu cür matçdan iki gün sonra oynamaq çətindir. İsinmə hərəkətlərini edəndə artıq yorğunluq hiss edirdik. Lakin emblemə hörmət qoymalıyıq və sona qədər mübarizə aparmalıyıq".