16 mart 2025 17:56
106

MPL: “Neftçi” “Səbail”ə qalib gəldi

Bu gün Misli Premyer Liqasının 27-ci turunda “Səbail” “Neftçi”ni qəbul edib.

İki sahil”in məlumatına görə, qarşılaşmanın 17-ci dəqiqəsində Filip Ozobiç hesabı açıb. 29-cu dəqiqədə isə Elvin Camalov “ağ-qaraların” üstünlüyünü iki topa yüksəldib. 43-cü dəqiqədə Rüfət Abdullazadə fərqi minimuma endirsə də “Səbail” futbolçularının bundan artığına gücü çatmayıb.

Misli Premyer Liqası,

27-ci tur

16 mart

16:00. “Səbail” 1–2 “Neftçi”

Qollar: Filip Ozobiç, 17 (0-1), Elvin Camalov, 29 (0-2), Rüfət Abdullazadə, 43 (1-2)

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Elvin Bayramov

VAR: Rauf Allahverdiyev

AVAR: Kamran Bayramov

ASCO Arena

Məhərrəm Ağalaroğlu, “İki sahil”