17 mart 2025 09:56
85

ABŞ 200-dən çox venesuelalını deportasiya edib

ABŞ Ağ Evin mütəşəkkil dəstə üzvləri kimi təqdim etdiyi 200-dən çox venesuelalını ölkədən deportasiya edib.

“İki sahil” xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Məlumata əsasən, ölkədən çıxarılan venesuelalı mühacirlər naməlum müddətə ABŞ-nin Salvadordakı ciddi rejimli cəzaçəkmə müəssisəsinə yerləşdiriliblər.

Salvadorun prezidenti Nayib Bukele sosial media hesabında deportasiya olunan 238 nəfərin “Tren de Aragua” Venesuela quldur dəstəsinin, 23-nün isə “MS-13” beynəlxalq mütəşəkkil cinayətkar dəstənin üzvü olduqlarını bildirib.

ABŞ və Salvador hökuməti deportasiya olunan mühacirlərin kimliklərini mətbuata açıqlamayıb.